Ermənistanda COVID-19-a yoluxanların sayı 125 minə yaxınlaşırbackend

Ermənistanda COVID-19-a yoluxanların sayı 125 minə yaxınlaşır

Ermənistanda son sutkada 1 193 nəfərdə koronavirus aşkarlanıb.

KONKRET.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 124 839-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 31 nəfər artaraq 1 931-ə çatıb.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 498-ə yüksəlib.

İndiyədək 92 829 pasiyent infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 29 581 aktiv koronavirus xəstəsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*