Ermənistanda daha bir SEÇKİ QALMAQALI: Sarkisyan səs almaq üçün kəndliyə PUL VERDİbackend

Ermənistanda daha bir SEÇKİ QALMAQALI: Sarkisyan səs almaq üçün kəndliyə PUL VERDİ

Ermənistanda daha bir seçki qalmaqalı yaşanır. Bü gün ölkənin keçmiş prezidenti Serj Sarkisyanın blokundan parlamentə namizədliyini irəli sürmüş Armavir şəhərinin keçmiş meri Ruben Xlqatyan məhkəmə qərarı ilə həbs olunub.

KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata əsasən, deputatlığa namizəd iyunun 10-da adı açıqlanmayan Canfid kənd sakininə 9 milyon dram (17.3 min dollar) verərkən saxlanılıb.

Bu vəsaitin seçici səsləri müqabilində kəndlilərə rüşvət qismində paylanması nəzərdə tutulub.

Faktla bağlı cinayət işi açılıb və Xlqatyanla yanaşı, pulu alan kənd sakini də saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*