Ermənistanda hakimiyyət tərəfdarları Sarukyanı lağa qoydu: “Yalan danışmırsansa…”backend

Ermənistanda hakimiyyət tərəfdarları Sarukyanı lağa qoydu: “Yalan danışmırsansa…”

Ermənistanda seçki kampaniyası fonunda oliqarx və siyasətçi Qaqik Sarukyanın açıqlaması müzakirələrə səbəb olub.

KONKRET.az xəbər verir ki, Sarukyan Dilicanda seçicilərlə görüşü zamanı Kotayk vilayətində 52 patrul polisinin işdən çıxarıldığını iddia edib.

Onun sözlərinə görə, həmin şəxslərdən bəziləri yalnız qohumlarının Sarukyanla əlaqəsi olduğu üçün işdən uzaqlaşdırılıb.

“Kotayk vilayətində 52 patrul polisi işdən çıxarılıb. Səbəb odur ki, birinin atası mənim işçimdir, digərinin qayınatası və qardaşı mənim tərəfdarlarımdır. Adamın özü mənimlə əlaqəli deyil, amma işdən çıxarılıb”, – deyə Sarukyan bildirib.

Hakimiyyətə yaxın “Bagramyan 26” teleqram kanalı isə Sarukyanın bu iddiasına istehza ilə cavab verib.

Kanal yazıb ki, Sarukyan iddiasında səmimidirsə, bunu açıq şəkildə təsdiqləməlidir.

“Qaqik Sarukyan, əgər yalan danışmırsansa, de: “Atama and olsun, işdən çıxarıblar”, – paylaşımda qeyd olunub.

Kanal həmçinin Sarukyanın iddiasını əsassız saydığını bildirib və onun açıqlamasına təkzib veriləcəyini iddia edib.

Paylaşımda Sarukyanın geyimi ilə bağlı da istehzalı ifadələr yer alıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*