İnterpolun axtardığı şəxs Mersində tutuldubackend

İnterpolun axtardığı şəxs Mersində tutuldu

İnterpol tərəfindən axtarılan və 9 il 7 ay həbs cəzasına məhkum edilmiş qaçaq məhkum Mersin şəhərindəki Çukurova Beynəlxalq Hava Limanında tutulub.

KONKRET.az xəbər verir ki,Hava Limanı Şöbə Müdirliyinin qrupları R.H.K.-nın İnterpol tərəfindən axtarışda olduğunu müəyyən edib.

Tutulan R.H.K.-nın 9 ayrı dələduzluq cinayətinə görə 9 il 7 ay həbs və 82.500 Türk Lirəsi cərimə cəzasına məhkum edildiyi açıqlanıb.

R.H.K. həbsxanaya təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*