Ermənistanın Tavuş bölgəsindəki bir sıra kəndlərdə təxminən 14 nəfər içməli sudan zəhərlənib.
KONKRET.az bildirir ki, bu barədə “Sputnik-Armeniya” xəbər yayıb.
Nəzarət İnspeksiyasının mətbuat xidmətindən verilən məlumata görə, aşkar edilmiş qayda pozuntusu ilə əlaqədar çirklənmiş mənbədən kəndlərə su təchizatı dərhal dayandırılıb.
“Cudjevan, Koti, Baganis, Voskevan, Koxb kəndlərindən zəhərlənmə və bağırsaq şikayətləri olan 14 nəfər tibbi yardım üçün xəstəxanaya müraciət edib. Onlardan 8-i buraxılıb, 6-sının müalicəsi davam edir”, – deyə məlumatda bildirilib.
Mütəxəssislər su nümunələri götürüblər, müayinənin nəticələri keyfiyyətlə bağlı problemin olduğunu göstərib. Bu mənbədən tibb məntəqəsinə gələn və təxminən 60 ailəyə verilən içməli suyun təchizatı dayandırılıb.virtualaz.org
