Ermənistanda koronavirusa yoluxanların sayı 180 mini ötdübackend

Ermənistanda koronavirusa yoluxanların sayı 180 mini ötdü

Ermənistanda son sutkada daha 854 nəfər COVID-19-a yoluxub.

KONKRET.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 180 141-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 5 nəfər artaraq 3 282-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 841 nəfərdir. İndiyədək 166 913 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 9 105 aktiv koronavirus xəstəsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*