Oğurluğa görə 6,5 illik cəza almış məhkum bu gün səhər müalicə aldığı Erebuni xəstəxanasından qaçıb. Bu barədə Facebook-da Ədliyyə Nazirliyinin mətbuat katibi Nona Navikyan məlumat verib. KONKRET.az-ın bildirdiyinə görə, hadisə səhər saat beş radələrində baş verib.
“Nubaraşen həbsxanasında cəza çəkən 1988-ci il təvəllüdlü Araik Sarkisyan xəstəxana palatasından qaçıb. Sarkisyan əvvəllər 7 dəfə məhkum həyatı yaşayıb. İndi oğurluğa görə 6,5 illik cəza çəkirdi”, – deyə Navikyan sosial şəbəkədə yazıb.
Sözçü xəstəxanadan qaçan məhkumun fotosunu paylaşmaqla onun əlamətlərini də qeyd edib.
