Ermənistanda müharibə iştirakçısı intihara CƏHD ETDİbackend

Ermənistanda müharibə iştirakçısı intihara CƏHD ETDİ

Ermənistan hökumətinin binası yaxınlığında Qarabağ müharibəsinin iştirakçısı intihara cəhd edib.

KONKRET.az bu barədə “Novosti Armeniya”ya istinadən məlumat verir.

Məlumata görə, 43 yaşlı Henrix Qriqoryan üstünə benzin tökərək özünü yandırmaqla intihara cəhd edib. Polis əməkdaşları özünəqəsdin qarşısını alıb.

O, özünü öldürməyə cəhdin səbəbini açıqlayarkən bildirib ki, müharbə iştirakçısıdır, polisə zəng edərək həyat yoldaşı və uşaqlarının tapılmasında ona yardım etmələrini istəyib. Ancaq indiyədək nə polis, nə də başqa uyğun təşkilatlar bu istiqamətdə heç bir addım atmayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*