Ermənistanda seçkilərdən sonra qarşıdurmalar olacaq – KOÇARYANbackend

Ermənistanda seçkilərdən sonra qarşıdurmalar olacaq - KOÇARYAN

Ermənistanın eks-prezidenti Robert Koçaryan iyunun 20-də keçiriləcək erkən parlament seçkilərindən sonra insanların küçələrə axışacağını və qarşıdurmaların ola biləcəyini istisna etməyib.

KONKRET.az xəbər verir ki, bu barədə o “RİA Novosti”yə müsahibəsində deyib.

“Bu, əlbəttə ki, son dərəcə arzuolunmaz bir ssenaridir, lakin qarşıdurma məsələsini tamamilə inkar etmək olmaz”, – deyə Koçaryan qarşıdurmaların olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.

Koçaryan hesab edir ki, hər şey nəticələrdən və cəmiyyətin bu nəticəyə necə yanaşmasından asılıdır.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 21 partiya və 4 blokun iştirakı ilə iyunun 20-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*