Ermənistanda vergi daxilolmaları ciddi şəkildə azaldı – FAKTLARbackend

Ermənistanda vergi daxilolmaları ciddi şəkildə azaldı - FAKTLAR

“Vaxt var idi ki, Nikol Paşinyan misli görünməmiş vergi yığım göstəriciləri ilə fəxr edir, ifrat performansından danışır, hər ay hökumətin iclaslarında şoular təşkil edirdi”.

KONKRET.az xəbər verir ki, bu fikirləri iqtisadçı analitik Akob Koçaryan özünün iqtisadi təhlilində vurğulayıb.

O daha sonra yazıb: “Son vaxtlar nədənsə vergilərin “analoqu olmayan” şəkildə yığılması artıq müzakirə olunmur.

Çünki vergilər görünməmiş dərəcədə az ödənilir. Paşinyanın vergi komandası dövlət büdcəsinin nəzərdə tutduğu gəlirləri belə yığa bilmir. Hökumət çox ciddi problemlə üz-üzədir. Birinci rübün göstəriciləri sadəcə olaraq biabırçılıqdır. Belə ki, hökumət ilin əvvəlinin 6 ayı üçün 1 trilyon 305 milyard dram vergi və rüsum yığmağı planlaşdırırdılar. Lakin bu müddətə qədər 1 trilyon 187,6 milyard toplana bilib.

İlin birinci yarısında vergi daxilolmaları demək olar ki, 9 faiz aşağı düşüb. Birinci rübün planı 8 faizdən az yerinə yetirilibsə, ikinci rübdə bu, 9,7 faizə çatıb. Birinci rübdə onlar 544,2 milyard dram yığmağı planlaşdırəlsa da, hazırda bu rəqəm 500,6 milyard təşkil edib. İkinci rübdə nəinki vəziyyəti düzəltmək mümkün olmayıb, həm də temp daha da dərinləşib.

Yarım ilin yekunlarına görə, büdcənin vergi daxilolmalarının kəsiri 117,4 mlrd dram təşkil edib

Xatırladaq ki, bu yaxınlarda maliyyə naziri illik 60 milyard dram verginin alınmaması riskindən danışmışdı. Halbuki altı ayın yekunlarına görə, artıq qəbzlərdəki çatışmazlıq təxminən iki dəfə çoxdur. Belə davam edərsə, ilin sonunda büdcənin vergi gəlirlərindəki boşluq xeyli artacaq. Müxtəlif hesablamalara görə, bu, 200 milyard drama qədər çıxa bilər.

İlin birinci yarısında 117,4 milyard vəsait daxil olmasa da, büdcənin nəzərdə tutulan xərclərinin tam icrası üçün artıq ciddi problem başlayıb. Təsadüfi deyil ki, bu gün hökumət bəzi xərclərin təxirə salınması faktı ilə üzləşib. Artıq bəzi sahələrdə maliyyələşmədə gecikmələr var. Borclar yığılır.

Büdcə gəlirlərinin uğursuzluğu Qarabağdan gələn ermənilərlə əlaqələndirir. Xüsusilə erməni sakinlərinin bəzi qrupları üçün pensiyaların ödənilməsi ilə bağlı problemlər yaranıb. Maliyyə Nazirliyi vəziyyəti hökumətin ehtiyat fondunda sərbəst vəsaitin olmaması ilə əlaqələndirir. Əksinə, problemlər, makroiqtisadi risklər var və onlarla mübarizə aparmaq üçün fiskal imkanlar məhduddur.

Son illər büdcənin vergi daxilolmalarının artırılmasının əsas təminatına çevrilən və hökumətin bunu “parlaq” işinin nəticəsi hesab edən xarici amillərin təsiri zəifləməyə başlayıb. Əvvəlki yüksək fəallıq artıq yoxdur və biz bunun nəticələrini vergilərin yığılmasında görürük”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*