Ermənistanın “Vətən uğrunda Tavuş” hərəkatının minlərlə tərəfdarı hökumətə etiraz etmək üçün mitinqə başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, onlar İrəvanın mərkəzindəki Respublika Meydanına toplaşıblar.
Aksiyaçılara qoşulan Tavuş yeparxiyasının keşişi Baqrat Qalstanyan Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası üçün bir saat vaxt verdiyini bildirib:
“Bir saat ərzində sizinlə görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazıram”.
Qeyd edək ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti xəbərdarlıq edərək, bugünkü mitinqin qarşısının alınacağını açıqlamışdı.
14:32
Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar.
KONKRET.az-ın məlumatına görə, şəhərin girişində toplaşanlar Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının keşişi, arxiyepiskop Baqrat Qalstanyanı qarşılayıblar.
“Biz cavabları gözləyirik və insanlar cavab almaq üçün kortəbii şəkildə bura toplaşıblar”, – deyə arxiyepiskop bildirib.