“Ermənistanı tamamilə məhv etmək üçün “üçüncü respublika” yaradılıb” – Avetisyandan sensasion AÇIQLAMAbackend

“Ermənistanı tamamilə məhv etmək üçün “üçüncü respublika” yaradılıb” – Avetisyandan sensasion AÇIQLAMA

“Hakimiyyət tərəfindən erməni xalqına qarşı informasiya müharibəsi aparılır. Milli Təhlükəsizlik Xidmətinin əmri ilə Ermənistanı tamamilə məhv etmək üçün “üçüncü respublika” yaradılıb”.  

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu sensasion açıqlama ilə “Sasna Tsrer” partiyası katibliyinin koordinatoru Varuzhan Avetisyan çıxış edib. O bildirib ki, bu proqrama xidmət edən dörd xain rejimin hamısı bütün xalqı öz oyunlarına cəlb ediblər: “Artsax”ı Ermənistanın məsələsi olmaq konteksindən bilərəkdən çıxardılar və onu Rusiyanın ixtiyarına verdilər. Onlar xalqa müstəqil “Artsax”ın və Ermənistanın Sovet sərhədlərinin fonunda  yalançı dəyərlər aşıladılar. Hələ də dünyada yaşayan bütün ermənilər “Artsax”ın müstəqilliyini tələb edirlər. Hansı müstəqil “Artsax”,  hansı sovet sərhədləri var? Ermənistanın sərhədləri 24 fevral 1920 -ci ildə müəyyən edilib. Biz niyə irsimizi tərk edirik? Keçmişimizdən və gələcəyimizdən imtina edərək dünyanın qarşısında özümüzü qul toplumu kimi göstəririk. Bəs Ləyaqətimiz haradadır?” – deyə Varuzhan Avetisyan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*