Ermənistanın keçmiş baş naziri: “Müharibə olacaq. Biz çıxılmaz vəziyyətdəyik”backend

Ermənistanın keçmiş baş naziri: “Müharibə olacaq. Biz çıxılmaz vəziyyətdəyik”

“Biz çıxılmaz vəziyyətdəyik, Paşinyan istefa verməlidir. Ölkə hücum zamanı özünü müdafiə etməyə hazır olmalıdır, lakin bu istiqamətdə heç bir iş görülmür”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan bildirib.

“Bütün gün biz Rusiyaya qarşı təhqirlər və Qərb haqqında şişirdilmiş fikirlər eşidirik, baxmayaraq ki, hər ikisi ilə yaxşı münasibətdə olmalıyıq, Rusiyanın hələ də müttəfiqimiz olduğunu unutmamalıyıq”, – o vurğulayıb.

Baqratyan əlavə edib ki, hazırkı komanda danışıqlarda uğursuzluğa düçar olub.

O, Ermənistan parlamentinin sədrinə müraciət edərək qeyd edib: “Siz 4+4 düsturunu başa düşürsünüzmü? 4 kəndi, sonra daha 4 anklavı veririk. Dövlətin ikinci adamı (Ermənistan parlamentinin sədrini nəzərdə tutur – red.) bunu ya bilmir, ya da satqındır. Paşinyan, Armen Qriqoryan, Alen Simonyan kimi adamlarla işləmək mümkün deyil”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*