“Ermənistanın maksimum bir ili var, belə getsə, dünyanın siyasi xəritəsindən silinəcək” – Erməni deputatbackend

"Ermənistanın maksimum bir ili var, belə getsə, dünyanın siyasi xəritəsindən silinəcək" - Erməni deputat

Ermənistanın maksimum bir ili var, əgər belə davam etsə, dünyanın siyasi xəritəsindən silinəcək.

KONKRET.az xəbər verir ki, bunu “Hayastan” fraksiyasının deputatı Andranik Tevanyan Facebook səhifəsində yazıb.

“Nikol Paşinyan Xankəndidə Qarabağ danışıqları prosesinin iflasa uğramasının əsasını qoyan və Qarabağa müharibə gətirən bəyanat verəndə biz həyəcan təbili çaldıq. Bu, 9 may 2018-ci ildə olmuşdu.

2020-ci il noyabrın 9-da o, üçtərəfli bəyanatla cəzalandırılıb. Nikol Paşinyan hakimiyyətdə olduğu üçün Ermənistana müharibə və yeni qurbanlar, dağıntılar, ərazi itkiləri gətirmək üçün artıq təməllər qoyulmuşdu.

2020-ci ilin noyabrında “Hervor” xəbərdarlıq edib ki, əgər Ermənistan məğlubiyyət və rüsvayçılıq simvolu kimi çıxış etməyə davam edərsə, o zaman biz Şuşanın gününə düşəcəyik, İrəvan və digər şəhərlər raket atəşində qalacaq.

Təəssüf ki, 2021-ci ilin növbədənkənar parlament seçkiləri zamanı “sülh erası” blefi işə düşdü. İnsanlar yeni müharibənin qorxusu və şoku altında “müharibə qarğası”na səs verdilər.

İndi isə erməni xalqı bütün bunlara görə gənclərin həyatı bahasına bədəlini ödəyir. Bu əxlaqsız vicdansızcasına bəyan edir ki, 18 yaşlılar artıq cəmiyyətdir (“cəmiyyət” dedikdə özlərini nəzərdə tuturlar). Yəni onlar üçün insan həyatı bir soxulcandan dəyərsizdir.

Deyirlər, artırın, verin, başını yeyək, anaları asfalt boyu sürüyək.

İndi sizə situasiyanın daha qorxulu olduğu barədə xəbərdarlıq edirəm. Vəziyyət 2018 və ya 2020-ci ildən daha pisdir.

Əgər danışıqlar aparan şəxs dəyişməsə və dünyada Nikolun timsalında görünməyə davam etsə, o zaman bir il ərzində Ermənistan çox güman ki, dünyanın siyasi xəritəsindən silinəcək və ya yarıqaranlıq dövlətə çevriləcək”, – deyə  Tevanyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*