Ermənistan müdafiə naziri David Tonoyan istefa verib.
KONKRET.az xəbər verir ki, bu barədə “Aravot” nəşri yazıb. Onun Qarabağ döyüşlərindəki məğlubiyyət səbəbindən istefa verdiyi bildirilir.
Ermənistan hakimiyyəti Vaqarşak Arutyunyanın müdafiə naziri vəzifəsinə namizədliyini nəzərdən keçirir. Onun yaxın vaxtlarda nazir postuna gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, V.Arutyunyan hazırda Ermənistanın baş naziri Nikol Paşinyanın baş məsləhətçisi vəzifəsini tutur. O, 1999-2000-ci illərdə Ermənistanın müdafiə naziri olub.
