Əvvəl işlədiyi şirkətdə 3 nəfəri öldürən şəxs İNTİHAR ETDİbackend

Əvvəl işlədiyi şirkətdə 3 nəfəri öldürən şəxs İNTİHAR ETDİ

Əvvəl işlədiyi şirkətdə 3 nəfəri tapança ilə öldürən təcavüzkar intihar edib.

KONKRET.az xəbər verir ki, hadisə Yunanıstanın paytaxtı Afinanın Qlifada rayonunda baş verib. Əvvəllər işlədiyi gəmiçilik şirkətində 3 nəfəri tapança ilə öldürən təcavüzkar son anda özü də intihar edib.

Yunan mətbuatında çıxan xəbərlərdə sui-qəsdçinin səhər saatlarında ov tüfəngi ilə şirkətə getdiyi və silahdan atəş açdığı bildirilib. Hücum nəticəsində biri qadın olmaqla 3 nəfər ölüb.

Xəbərdə terrorçunun 70 yaşlı Misir vətəndaşı olduğu və daha əvvəl sözügedən şirkətdə uzun müddət çalışdığı, lakin işdən çıxarıldığı qeyd edilib.

Onun daha sonra binanın içərisində intihar etdiyi bildirilib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*