Gələn il 60 yaşı tamam olacaq müğənni Əzizə “Rossiya 1” telekanalında yayımlanan “Canlı yayım” verilişində özündən 30 yaş balaca olan sevgilisindən danışıb.
KONKRET.az xəbər verir ki, o, özündən 17 yaş kiçik həyat yoldaşı Alessandro Lortendan ayrılıb. Bundan sonra italiyalı keçmiş ər vətəninə yollanıb.
“Fakt budur ki, mən eyni anda bir neçə kişini sevə bilmərəm. Mənim yeni sevgilim var. Onunla aramızda 30 il fərq var”, – deyə Əzizə etiraf edib.
Eyni zamanda, müğənni onun adını açıqlamayıb və bu münasibətin ciddi olduğunu deyib. Əzizə uzun müddətdir uşaq arzusunda olduğunu da bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
0557966666