Faсebook İqor Korotçenkonun səhifəsinə QADAĞANI GÖTÜRDÜ  – YENİLƏNİBbackend

Faсebook İqor Korotçenkonun səhifəsinə QADAĞANI GÖTÜRDÜ - YENİLƏNİB

Facebook İqor Korotçenkonun səhifəsinə qadağanı götürdü.

KONKRET.az xəbər verir ki, kütləvi müraciətlər əsasında politoloqun şəxsi Facebook səhifəsi yenidən açılıb. Bu barədə Korotçenko özü məlumat verib.

“Kütləvi media reaksiyası və müxtəlif blogsferalarda, Telegram-da FB hesabımla bağlı vəziyyətlə bağlı paylaşımlar sayəsində Facebook bloku yenicə qaldırdı!

Mənə dəstək olan hər kəsə təşəkkür edirəm!”, – deyə Korotçenko bildirib.

***

11:01

İqor Korotçenkonun Facebook səhifəsi ermənilərin şikayəti ilə blok olunub.

KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko özü məlumat verib.

“Niyə ermənilər 30 ilə yaxın bir müddətdə Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyi dağıdıb, heç nə tikməyiblər?” sualına görə Facebook mənə üç gün qadağa qoyub”, – deyə Korotçenko yazıb.

Xuraman Etibarlı

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*