Türkiyə BMT Təhlükəsizlik Şurasında Fələstinin müstəqil dövlət kimi tezliklə tanınmasının tərəfdarıdır. Fələstinin müstəqil dövlət kimi tanınmadığı vəziyyətin təkrarlanması beynəlxalq sistemin dağılmasına gətirib çıxaracaq.
KONKRET.az xəbər verir ki, bunu xarici işlər naziri Hakan Fidan deyib.
“Türkiyə olaraq Fələstinin BMT Təhlükəsizlik Şurası tərəfindən dərhal müstəqil dövlət kimi tanınmasının çox vacib olduğuna inanırıq. Bu, beynəlxalq hüququn və bəşəriyyətin vicdanının tələbidir. Beynəlxalq sistem artıq böyük böhran vəziyyətindədir. 150 ölkənin tanıdığı dövlət BMT Təhlükəsizlik Şurasında bir ölkə səsverməsi ilə yenidən rədd edilərsə, bu böhranı daha da dərinləşdirəcək və beynəlxalq sistemin tamamilə dağılmasına səbəb olacaq reallıqla qarşılaşacağıq”, – deyə Fidan Brüsselə səfərindən sonra jurnalistlərə bildirib.
O, Bazar günü İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının Təmas Qrupu çərçivəsində danışıqlar aparıb və bir sıra ikitərəfli görüşlər keçirib. (Yeni Sabah)