Fərdi yaşayış evində YANĞIN – Dördü uşaq olmaqla 5 nəfər yandıbackend

Fərdi yaşayış evində YANĞIN - Dördü uşaq olmaqla 5 nəfər yandı

Moskva vilayətinin Voskresensk şəhərində fərdi yaşayış evində baş verən yanğın nəticəsində 5 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Əvvəlcə iki nəfərin öldüyü bildirilsə də, sonradan bu rəqəm 4-ə yüksəlib. Səkkiz dəqiqə sonra Rusiya Fövqəladə Hallar Nazirliyi həyat əlaməti olmayan daha bir uşağın tapılması barədə məlumat yayıb.

Yanğın 150 kvadratmetr ərazini əhatə edib, açıq yanma söndürülüb. Hadisə yerində 25 mütəxəssis və 8 texnika işləyir.

11 və 13 yaşlı iki uşaqları xilas etmək mümkün olmayıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*