FHN Astarada dənizdə batan gənclə bağlı məlumat YAYDIbackend

FHN Astarada dənizdə batan gənclə bağlı məlumat YAYDI

Xəbər verildiyi kimi, 24 avqust 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinə Astara rayonunda nəzarətsiz ərazidə dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub və dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

FHN Mətbuat xidmətindən KONKRET.az-a verilən məlumatda bildirilir ki, dalğıclar tərəfindən həyata keçirilən fasiləsiz axtarış tədbirləri nəticəsində Astara rayonu, Kjəbə qəsəbə sakini 1995-ci il təvəllüdlü Həsənzadə Şamxal İdrak oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*