FHN: Ermənilər yaşayış məntəqələri və mülki obyektləri atəşə tutaraq dağıntı və yanğınlar törədirbackend

FHN: Ermənilər yaşayış məntəqələri və mülki obyektləri atəşə tutaraq dağıntı və yanğınlar törədir

Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törədir, dinc əhalinin, eləcə də dövlət əmlakına ciddi ziyan vurur.

Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi nəticəsində Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə yanğın baş verib, 20 ha sahədə qamışlıq, kol-kos və ağaclıq yanıb. Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən görülən tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinə mərmi düşməsi nəticəsində vətəndaşa məxsus təsərrüfat obyekti yanıb. Yanğın zamanı tövlənin içərisində olan 3 baş iribuynuzlu heyvan çıxarılıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*