FHN Xətaidəki yanğınla bağlı məlumat yaydıbackend

FHN Xətaidəki yanğınla bağlı məlumat yaydı

Bakıda təkər tullantıları yanıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Paytaxtın Xətai rayonunun S.Mehmandarov küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FHN-dən bildiriblər ki, yanğın nəticəsində yol kənarında 800 kvadratmetr sahədə məişət tullantıları və istismara yararsız təkərlər yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*