Financial Times: “Britaniya 2023-cü ildə Ukraynaya 2,3 milyard funt-sterlinq hərbi yardım edəcək”backend

Financial Times: "Britaniya 2023-cü ildə Ukraynaya 2,3 milyard funt-sterlinq hərbi yardım edəcək"

Böyük Britaniyanın Baş naziri Liz Trass BMT Baş Assambleyasında çıxışı zamanı 2023-cü ildə Ukraynaya hərbi yardım göndərilməsi planlarını açıqlayacaq.

KONKRET.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Bildirilib ki, London Kiyevə ən azı 2,3 milyard funt-sterlinq verməyi planlaşdırır.

Məlumata görə, Trass sentyabrın 19-da Kraliça Elizabethin dövlət dəfn mərasimində bir çox liderlə görüşüb. O, Baş nazir kimi xaricə ilk səfəri zamanı Nyu-Yorkda Ukraynaya dəstəyini elan etmək niyyətindədir. Səfər zamanı Trass ABŞ və Fransa prezidentləri ilə danışıqlar aparacaq.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen sentyabrın ortalarında Kiyevə səfəri zamanı Ukraynaya lazım olan qədər kömək edəcəyinə söz verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*