“Alpin” komandasının pilotu Esteban Okon Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisində uğursuzluqla üzləşib.
KONKRET.az-ın məlumatına görə, üçüncü sərbəst yürüş zamanı sürücünün bolidində problem aşkarlanıb.
Onun avtomobili trasda dayanıb, nəticədə qırmızı bayraq qaldırılıb. Qısa fasilədən sonra sınaq yürüşü davam etdirilib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 15-də başa çatacaq.
