Fransa Senatı Dağlıq Qarabağın müstəqilliyini tanıyan bir qətnaməyə baxacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Rambler məlumat yayıb. Portal bildirir ki, Senatın saytında dərc edilən məlumata görə, sənəd müəlliflərindən biri senator Bruno Retayodur. Retayo qətnamənin 25 noyabrda müzakirə ediləcəyini vurğulayıb.
Sənəd təsdiqlənərsə, bu, mütləq Qarabağın Paris tərəfindən tanınmasına səbəb olmayacaq. Çünki Senatın qərarları tövsiyə xarakteri daşıyır, səlahiyyətlilər onlara əməl etmək məcburiyyətində deyil.
Natiq Səlim,
KONKRET.az
