Paris 2023-cü ilin avqustunda altı min Ukrayna əsgərinə təlim keçib. Ukrayna hərbçiləri Polşa və Fransa arasında təlim keçmək üçün bərabər paylanıb.
KONKRET.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornü “Var Matin” nəşrinə müsahibəsində deyib. Onun sözlərinə görə, Ukraynanın əks-hücuma keçməsi üçün yeni nəsil əsgər lazımdır. Bunların da təliminə ehtiyac duyulur.
Lekornü Fransanın Ukraynaya verdiyi hərbi yardımları da xatırladıb.
