Fransanın bir neçə şəhərində Emmanuel Makronun yenidən prezident seçilməsinə qarşı etirazlar başlayıb.
KONKRET.az-ın xəbərinə görə, Ren şəhərindəki aksiyada 300-dək adam iştirak edib. Strasburq Nantdakı aksiyanın iştirakçılarının sayı 500 nəfəri keçib.
Əsasən antikapitalistlərin iştirak etdiyi aksiyalarda polislə qarşıdurma baş verib. Polis narazı kütləni dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib.
