FTX Rusiya qaz kəmərində terror aktının qarşısını aldı – VİDEObackend

FTX Rusiya qaz kəmərində terror aktının qarşısını aldı - VİDEO

Federal Təhlükəsizlik Xidməti (FTX) Rusiya qaz kəmərində terror aktının qarşısını alıb.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, terror aktı hazırlayan Rusiya vətəndaşı saxlanılıb.

“Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının Türkiyə və Avropanı enerji ilə təmin edən neft-qaz kompleksində terror aktı törətmək cəhdinin qarşısını alıb”, – FTX-dən bildirib.

Qeyd edilib ki, 1978-ci il təvəllüdlü Rusiya vətəndaşı və onunla əlbir olan dörd nəfər saxlanılıb.

FTX əməliyyatın digər təfərrüatlarını və saxlanılanların kimliyini açıqlamayıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*