44 günlük Vətən müharibəsi dövründə dünyada Azərbaycan xalqının haqq səsi olan, türkiyəli jurnalist Fulya Öztürkün göstərdiyi şücaət ona bir ömür Azərbaycan xalqının sevgisini qazandırıb. Jurnalist Azərbaycan əsgərləri ilə çiyin-çiyinə savaşaraq, azadlıq mübarizəsi aparıb.
KONKRET.az xəbər verir ki, o, müharibənin ən qaynar nöqtələrində, ölümlə üz-üzə qalaraq öz mübarizəsini sonuna qədər davam etdirib.
Fulya bildirib ki, müharibə 1 ildə davam etsə, yenə də sonuna qədər Azərbaycan xalqı ilə birgə mübarizə aparacaqdı. O, Bərdədə, Gəncədə gördükləri dəhşətləri heç vaxt unutmayacağını bildirib.
Fulya Azərbaycan sevgisini həm də ana tərəfdən Azərbaycanlı olması ilə əlaqələndirib.
/bizimmedia/
