Gənc futbolçu 56 yaşlı sevgilisini öldürdü – İtaliyanı şoka salan qətlin DETALLARI + FOTOLARbackend

Gənc futbolçu 56 yaşlı sevgilisini öldürdü – İtaliyanı şoka salan qətlin DETALLARI + FOTOLAR

İtaliyalı gənc futbolçu Covanni Padovani 56 yaşlı keçmiş sevgilisini bağ ləvazimatları ilə vəhşicəsinə öldürüb. Qətl hafisəsi bütün İtaliyanı sarsıdıb.

KONKRET.az xəbər verir ki, 56 yaşlı Alessandra Matteuzzinin qətli hələ də cəmiyyətdə geniş müzakirə olunur.

Matteuzzi bundan qabaq Padovaninin onu izlədiyini və təhdid etdiyini bildirmişdi.

Cinayət işində göstərilir ki, Padovani onu əvvəlcə çəkic və yumruqla, sonra beysbol çubuğu ilə, ən sonda isə skamyadan qırdığı taxta parçası ilə döyərək öldürüb.

Yerli mətbuatın məlumatına görə, cütlük təxminən bir il birlikdə olub, lakin vaxtlarının çoxunu ayrı keçiriblər, çünki Padovani Siciliyada işləyib, Alessandra isə Bolonyada yaşayıb.

Onlar ayrıldıqdan sonra Padovani onu çox hədələyib. İtaliya məhkəməsi həm model, həm də futbolçu karyerası olan Padovanini ömürlük həbs cəzasına məhkum edib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*