Gəncə və ətraf ərazilərdə yaranan yanacaq qıtlığı ilə bağlı “Azpetrol”dan AÇIQLAMAbackend

Gəncə və ətraf ərazilərdə yaranan yanacaq qıtlığı ilə bağlı “Azpetrol”dan AÇIQLAMA

Gəncə və ətraf bölgələrdə bir aydan çoxdur ki, dizel yanacağı ilə bağlı problemlər mövcuddur. Belə ki, sözügedən bölgədə fəaliyyət göstərən şirkətlərə məxsus yük avtomobillərinə dizel yanacağı məhdudiyyətlə verilir.

Bu barədə KONKRET.az-ın redaksiyasına müraciət edən Aqil Abdullayev adlı şikayətçi bildirib. Onun sözlərinə görə, yük avtomobillərinə 1 tondan artıq dizel yanacağı verilmir. Bu isə ağır tonnajlı maşınlar üçün çox azdır: “Sahələrdə maşınlar dayanıb. Hansı yanacaqdoldurma məntəqəsinə gedirik, 1 tondan artıq yanacaq verilmir. Şəmkir və digər rayonlardakı yanacaqdoldurma məntəqələrini gəzib dizel axtarırıq” – şikayətçi bildirir.

Onun sözlərinə görə yanacaqdoldurma məntəqələri bunu yanacaq qıtlığı ilə əlaqələndirir. lakin Bakıdakı neftayırma zavodları isə yanacaq qıtlığının olmadığını, yanacaqdoldurma məntəqələrinə lazımi qədər dizel verildiyini açıqlayırlar. Ortada əziyyət çəkən isə sürücülər olur.

Aqil Abdullayev əlavə edib ki, “Azpetrol”un yanacaqdoldurma məntəqələri ilə əməkdaşlıq edirlər. Hətta “lukoyl”un yanacaqdoldurma məntəqələrinə müraciət etsələr də, orada da qıtlıq olduğunu bildiriblər.

Məsələ ilə bağlı “Azpetrol” şirkətinin mətbuat katibi Ülviyyə xanımla əlaqə saxladıq. Şirkət rəsmisi bildirdi ki, “Azpetrol” tərəfindən belə bir qıtlıq yaradılmayıb. Bu günə qədər rayonlara nə qədər yanacaq daşınırdısa, indi də həmin miqdarda dizel verilir. Yəni biz tərəfdən heç bir azaldılmadan və qıtlığın yaradılmasından söhbət gedə bilməz.

Aidiyyatı qurumun cavabından belə bir problemin ümumiyyətlə olmadığı haqda nəticə çıxarmaq mümkündür. Ancaq şikayət varsa, deməli problem də mövcuddur. Ümid edirik ki, problemi yaradan səbəblər tezliklə aradan qaldırılacaq və sürücülər heç bir sıxıntı çəkmədən öz işləri ilə məşğul ola biləcək.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*