Gəncədə dönərxana yandı – FOTObackend

Gəncədə dönərxana yandı - FOTO

Gəncə şəhərində yerləşən dönərxanalardan birində yanğın baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, hadisə şəhərin Şeyx Bahəddin küçəsində qeydə alınıb.

İlkin məlumata görə, ümumi sahəsi 16 kvadratmetr olan obyektin 4 kvadratmetri yanıb.

Hadisə yerinə iki yanğınsöndürən avtomobil cəlb olunub.

Məlumata görə, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*