İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Qüds” xüsusi bölməsinin generalı Qasım Süleymaninin Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində öldüyünü təsdiq edib.
KONKRET.AZ xəbər verir ki, atılan raketlərdən biri generalın olduğu avtomobil karvanının üzərinə düşüb.
Pentaqon ABŞ-ın raket zərbəsi nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Qüds” xüsusi bölməsinin generalı Qasım Süleymaninin öldüyünü rəsmi olaraq təsdiq edib.
Nazirlik raketlərin ABŞ Prezidenti Donald Trampın əmri əsasında atıldığını bildirib.
“General Süleymani ABŞ diplomatlarına, İraq və digər ölkələrdəki hərbçilərə hücum planları üzərində fəal işləyirdi.
Süleymani bu həftə Bağdaddakı ABŞ səfirliyinə edilən hücum planını da təsdiq etmişdi”.
