Gömrük rəisi və müavini həbs edildi – Ermənistan-İran sərhədində KORRUPSİYA FAKTIbackend

Gömrük rəisi və müavini həbs edildi - Ermənistan-İran sərhədində KORRUPSİYA FAKTI

Ermənistan-İran sərhədində yerləşən Mehri gömrük məntəqəsində dəhşətli korrupsiya faktı aşkar edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda qeyd edilir.

Erməni xüsusi xidmətinin açıqlamasında bildirilib ki, Mehri gömrüyündə daha bir korrupsiya sisteminin üstü açılıb.

Bildirilir ki, 2020-ci ilin 5 iyul tarixindən 2021-ci ilin 3 mart tarixinədək İrandan Ermənistana ümumilikdə 70 tondan çox armatur, habelə 23 ton mühərrik yağı Mehri gömrüyündə rəsmiləşdirilmədən daxil olub.

Bunun müqabilində Mehri gömrük xidmətinin rəisi və digər əməkdaşları küllü miqdarda rüşvət alıblar.

Cinayət işi çərçivəsində ondan çox axtarış aparılıb. Eləcə də qaçaqçılıq fəaliyyətinə dair saxta sənədlər və bəyannamələr tapılıb.

Gömrük idarəsinin rəisi və müavini, eləcə də iki müfəttiş, onlara kömək edən şəxs, yük avtomobilinin sürücüsü və üç iş adamı bu işdə ittiham olunur. Onların altısı barəsində həbs qətimkan tədbiri seçilib./telegraf/

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*