Goranboy rayonunda mikroavtobus yanıb.
Fövqəladə Hallar Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı mikroavtobusun mühərrik hissəsi yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğından mühafizə bölmələri tərəfindən hadisənin qarşısı alınıb.
