Göyçay sakini intihar edibbackend

Göyçay sakini intihar edib

Göyçay rayonunda intihar hadisəsi  baş verib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Ləkçıplaq kəndində qeydə alınıb.

Kənd sakini, 1968-ci il təvəllüdlü Qədirov Nail Firudin oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*