“Gücünü topladı və dedi ki…” – Yalçın Rzazadənin SON SÖZLƏRİbackend

"Gücünü topladı və dedi ki..." - Yalçın Rzazadənin SON SÖZLƏRİ

Xalq artisti Yalçın Rzazadənin oğlu Orxan Rzazadə atasının son saatları haqqında danışıb.

KONKRET.az xəbər verir ki, xalq artistinin oğlu Orxan Rzazadə teleqraf.com-a açıqlamasında bu sözləri deyib:

“Atam ötən gün saat 17:00-da rəhmətə getdi. Vəziyyəti son günlər yaxşı deyildi. Son üç gündə danışa bilmirdi. Dünən gücünü topladı və üç qardaş bizi bir yerdə görəndə dedi ki, necə xoşbəxtəm…”

Xalq artistinin oğlu Yalçın Rzadənin sənət dostlarından da danışıb:

“Yalçın müəllimlə əlaqə saxlayırdılar. Aktyor Ədalət Şükürov tez-tez mənə zəng edib, maraqlanırdı”.

Orxan Rzazadə atasının vəsiyyətindən də danışıb:

“Heç vaxt ailəsi haqqında danışmağı sevməzdi. Efirə ailəsini çıxarmağı da xoşlamırdı. Ağlamaq şakəri deyildi. Vəsiyyət olaraq deyirdi ki, məndən sonra ağlamayın”.

Qeyd edək ki, Yalçın Rzazadə ötən gün 74 yaşında dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*