Gümüşün qiyməti 85 dolları keçdibackend

Gümüşün qiyməti 85 dolları keçdi  

“Comex” birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılma üçün gümüş füçerslərinin qiyməti 2026-cı il fevralın 4-dən bəri ilk dəfə olaraq trua unsiyası üçün 85 dolları keçib.

KONKRET.az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarından irəli gəlir.

Bakı vaxtı ilə saat 14:45-ə olan məlumata görə, qiymətli metalın qiyməti 6.12% artaraq, trua unsiyası üçün 85.3 dollar təşkil edib.

Bakı vaxtı ilə saat 14:52-yə qədər gümüşün qiyməti trua unsiyası üçün 85.38 dollar (+6.22%) olub.

“Comex” birjasında 2026-cı ilin aprel ayı üçün qızıl füçerslərinin trua unsiyası isə 5 121.9 dollar (+1.81%) təşkil edib.

(oxu.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*