Gürcüstanda banka hücum edən şəxs saxlanıldı, girovlar sərbəst buraxıldı – YENİLƏNİBbackend

Gürcüstanda banka hücum edən şəxs saxlanıldı, girovlar sərbəst buraxıldı - YENİLƏNİB

Gürcüstanın Kutaisi şəhərində silahlı bir şəxs banka hücum edib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxs saxlanılıb, girov götürülən 12 nəfərin hamısı azad edilib. Bankın yerləşdiyi küçədə nəqliyyatın hərəkəti bərpa olunub.

12:41

Gürcüstanın Kutaisi şəhərində banka silahlı basqın olub.  

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxs Gürcüstan Bankı-nın filialına daxil olaraq bir neçə nəfəri girov götürüb. Maskalı şəxsin banka daxil olmasından sonra atəş səsi eşidilib.

Bank filialının içərisində işçilər də daxil olmaqla,10-a yaxın adamın olduğu bildirilir.

Hadisə ilə əlaqədar polis xüsusi əməliyyata başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*