Gürcüstanda etirazlar yenidən baş qaldırıb – Hökumət binasının qarşısındabackend

Gürcüstanda etirazlar yenidən baş qaldırıb - Hökumət binasının qarşısında

Tbilisidə Gürcüstan hökumət binası qarşısında etiraz aksiyası keçirilir.

KONKRET.AZ Rusiya mediasına istinadla xəbər verir ki, aksiyada ictimai fəallar və müxalifət partiyalarının liderləri iştirak edirlər.

Etirazçılar hökumət administrasiyasının binasının giriş qapısına qıfıl bağlamaq istəyiblər. Polis onların bu cəhdinin qarşısını alıb. Tərəflər arasında qarşıdurma baş verib.

Polis əməkdaşları binanın önündə canlı sədd yaradıblar.

Aksiyada hakim Gürcü Arzusu Partiyasının qərarına əsasən, 2020-ci ildə parlament seçkilərinin qarışıq sistem üzrə keçirilməsinə etiraz bildirilir.

Etirazçılar hökumətin istefasını da tələb edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*