Gürcüstanda etirazların keçirildiyi əraziyə xüsusi təyinatlılar gətirildibackend

Gürcüstanda etirazların keçirildiyi əraziyə xüsusi təyinatlılar gətirildi

Tbilisidə Gürcüstanın hökumət administrasiyasının, eləcə də etirazlar aksiyalarının keçirildiyi parlament binasının yaxınlığında yerləşən Çitadze küçəsinə xüsusi təyinatlı polis dəstələri cəmlənib.

KONKRET.AZ xarici mediata istinadla xəbər verir ki, polislər zirehli geyim və qalxanla təchiz edilib.

Gürcüstanın İctimai Televiziyasının yaydığı məlumata görə, Daxili İşlər Nazirliyi parlament binasının ətrafından dağılmaları üçün etirazçılara 30 dəqiqə vaxt verib.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyi etiraz aksiyasının artıq qanunsuz hal aldığını bildirib və etirazçıları parlamentin işinə mane olmamağa çağırıb. Qurumun bəyanatında parlamentin bloklanmasının davam edəcəyi təqdirdə polisin qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində adekvat reaksiya veriləcəyi qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*