Gürcüstanda hakimiyyət dəyişir – Saakaşvili elan etdibackend

Gürcüstanda hakimiyyət dəyişir - Saakaşvili elan etdi

Gürcü Arzusu bu gün parlament seçkilərində uduzub.

KONKRET.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili “Mtavari” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Vahid Milli Hərəkat (VMH) və digər müxalifət partiyaları mütləq səs çoxluğu əldə ediblər: “Gürcüstanda hakimiyyət dəyişir, ölkə irəli getməkdə davam edəcək”.

Qeyd edək ki, VMH-nin liderləri və tərəfdarları Tiflisdə parlament binası qarşısında aksiya keçirirlər. Partiya nümayəndələri seçkilərdə qalib gəldiklərini bildirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*