Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 365 yoluxma halı qeydə alınıb, 5 nəfər ölüb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 280 301 ölənlərin sayı isə 3 751 nəfərə çatıb.
Virusa yoluxanlardan 272 219 nəfərin sağaldığı bildirilir.
