Gürcüstanda müxalifət partiyasının lideri belə həbs olundu – VİDEObackend

Gürcüstanda müxalifət partiyasının lideri belə həbs olundu - VİDEO

Gürcüstanın əsas müxalif partiyası hesab edilən “Vahid Milli Hərəkat Partiyası”nın sədri Nika Melia həbs edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Müxalif lideri Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları saxlayıblar. Həbs zamanı partiya tərəfdarları polis əməkdaşlarına müqavimət göstərməyə çalışıblar. Polisin əməliyyat zamanı bibər qazından istifadə etdiyi bildirilir.

Qeyd edək ki, “Vahid Milli Hərəkat Partiyası” 2001-ci ildə Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili tərəfindən təsis olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*