Gürcüstanda seçkilərin ilkin nəticələri açıqlandı – Rəsmibackend

Gürcüstanda seçkilərin ilkin nəticələri açıqlandı - Rəsmi

Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) ötən gün keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

KONKRET.az Report-a istinadən xəbər verir ki, nəticələrə əsasən, Gürcü Arzusu Partiyası 49,32%, Vahid Milli Hərəkat Partiyası 25,94%, Avropalı Gürcüstan Partiyası isə 3,77% səs əldə edib.

“Vətənpərvərlər Alyansı” 3,26%, “Lelo” partiyası 3,16%, “Aqmaşenebeli strategiyası” 3,1%, “Qirçi” 2,87%, “Vətəndaş – Eliko Elisaşvili” 1,34%, Leyboristlər partiyası isə 1,03% səs qazanıb.

MSK-dan qeyd olunub ki, Tbilisinin bütün birmandatlı seçki dairələrinin parlament seçkilərində qalibi müəyyən etmək üçün ikinci tur tələb olunacaq. Gürcüstan üzrə bəzi regionlarda da ikinci turun keçiriləcəyi mümkündür.

Qeyd edək ki, bu vaxta qədər 3 847 seçki məntəqəsinin 2 252-si üzrə səslərin hesablanması başa çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*