Gürcüstanın baş naziri Ukraynada müharibənin bitmə tarixini açıqladıbackend

Gürcüstanın baş naziri Ukraynada müharibənin bitmə tarixini açıqladı

Gürcüstanın baş naziri Ukraynada müharibənin bitmə tarixini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze Ukrayna-Rusiya müharibəsinin gələn il bitəcəyini düşünür.

Gürcüstanda televiziya kanallarından birinə verdiyi müsahibəsində ölkəsinin daxili və xarici siyasətini, regional və qlobal hadisələri dəyərləndirən baş nazir Kobaxidze ABŞ-la Gürcüstan arasındakı münasibətlərdə yaşanan problemlərin həlli yollarına toxunub.

ABŞ-ın Gürcüstanın strateji tərəfdaş ölkəsi olduğuna diqqət çəkən Kobaxidze ikitərəfli münasibətlərin yenidən başlamalı olduğunu bildirib.

Kobaxidze deyib ki, ölkələr arasında münasibətlərin yenidən başlaması üçün ilk növbədə ABŞ-da prezident seçkiləri başa çatmalı və Ukraynada davam edən müharibəyə son qoyulmalıdır.

“Hər halda, düşünürəm ki, müharibə (Ukraynada) gələn il başa çatacaq, istər bu və ya digər administrasiya ilə münasibətləri bərpa etmək daha asan olacaq. Çünki Birləşmiş Ştatlar bizim strateji tərəfdaşımızdır. Əsas odur ki, biz növbəti addımları görürük. Təbii ki, münasibətlərin bərpasına heç nə mane ola bilməz”.

Orxan,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*