“Gürcüstanın Zəngəzur dəhlizindən kənarda qalacağı doğru deyil” – Bayramovbackend

"Gürcüstanın Zəngəzur dəhlizindən kənarda qalacağı doğru deyil" - Bayramov

“Fərqli formatlarla işləyirik. Altılıq formatına gəldikdə isə, tərəflər kommunikasiya xətlərinin açılması prosesində maraqlıdırlar. Zəngəzur dəhlizindən Azərbaycan və Ermənistan da faydalanacaq. Həmin dəhliz işə salınarsa, 6 ölkə üçün faydalı olacaq”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda keçirilən panel müzakirələrində deyib.

“Bəziləri Gürcüstanın bundan kənarda qalacağını deyir. Lakin bu, doğru deyil, Gürcüstan da dəhlizdən istifadə edə biləcək. Hazırda Gürcüstanla İran arasında dəmir yolu xətti yoxdur. Əgər Zəngəzur dəhlizi həyata keçsə, bu iki ölkə arasında dəmir yolu əlaqəsi yaranacaq”, – deyə nazir vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*