Hacıqabulda AĞIR QƏZA: 1 ölü, 1 yaralıbackend

Hacıqabulda AĞIR QƏZA: 1 ölü, 1 yaralı

Hacıqabulda yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu, Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Kəlbəcər rayon sakini, 1966-cı il təvəllüdlü Həsənov Əli Süleyman oğlunun idarə etdiyi “Nissan” markalı avtomobil idarəetməni itirərək beton arakəsməyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb.

Avtomobildə olan sərnişin Salyan rayon sakini, 1961-ci il təvəllüdlü Allahyarov Aydın Əmrah oğlu xəsarət alaraq Şirvan şəhər xəstəxanasına çatdırılsa da onu xilas etmək mümkün ollmayıb.

Faktla bağlı araşdırma aparılır.\\lent.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*