Hafiz Hacıyev: “Ruslan Əliyev “Azəriqaz”ı qohumlar təşkilatına çevirib”backend

Hafiz Hacıyev: “Ruslan Əliyev “Azəriqaz”ı qohumlar təşkilatına çevirib”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyini sərt tənqid edib.

Partiya sədri KONKRET.az-a açıqlamasında bildirib ki, “Azəriqaz” İstehsalat Birliyi əməkdaşları əhalini incitməklə ölkə rəhbərliyinə qarşı qaldırırlar:

“Bunlar nə dövləti, nə də xalqı saymırlar. Hamısı Ramiz Mehdiyevdən qalma kadrlardır, xalqı, dövləti dağıtmaqla məşğul olurlar. Görün, bunlar nə qədər harınlayıblar ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru xalqdan oğurladığı pulların hesabına tələbə yoldaşı ilə bərabər özlərinə böyük istixana kompleksləri, biznes yerləri qurublarlar. Bu, çox ciddi qanun pozuntusudur, dövlətin qanunlarını saymamaqdır. Yəni, bu adamlar demək istəyirlər ki, biz dövləti, xalqı tanımırıq, saymırıq. Onların məqsədi ölkədə inamsızlıq mühiti yaratmaqdır. Bu, Ramiz Mehdiyevin yaratdığı ideologiyadır ki, “Azəriqaz” rəhbəri və digərləri də bunu icra edirlər. Mən də nazir işləmişəm, amma heç zaman qohumlarımı, tələbə yoldaşımı o nazirlikdə vəzifəyə qoymamışam. Amma Ruslan Əliyev “Azəriqaz”-ı qohumlar təşkilatına çevirib. Sanki bu qurum qohumlar idarəsidir”.

Partiya sədri “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin korrupsiya əməllərinin araşdırılması ilə bağlı hüquq-mühafizə orqanlarına çağırış edib:

“Məndə məlumatlar var ki, “Azəriqaz” rəhbərliyi camaatın sayğaclarından oğurladığı milyonların hesabına özlərinə böyük biznes şəbəkələri yaradıb. Azərbaycanın hüquq-mühafizə orqanları “Azəriqaz” İstehsalat Birliyində təcili yoxlama əməliyyatları keçirməlidir, bu quruma rəhbərlik edən şəxslər həbs edilməlidir. Necə olur axı, hansısısa quldurlar qaz sayğaclarına müdaxilələr etməklə xalqın cibindən oğurladıqları pulların hesabına özlərinə istixana biznesləri yaradırlar, pomidor-xiyar satıb varlanırlar. Xalq isə soyuqdan donur, pis vəziyyətdə yaşayır. Bu cür məmurlar müzakirəsiz həbs edilməlidir”.

Natiq Səlim,

KONKRET.az

 

  • Kipcak
    Yanvar 25, 2021 - 22:10

    Ümumiyyətlə Ramiz Mehdiyev hansı məmuru qabağa çəkib və həmin məmurlar hal hazırda iş başında çalışırlar və Azərbaycan vətəndaşların cibinə girirlər həmin məmurlar üçün ancaq bundan sonra heç bir iş vermək olmaz hökumət strukturlarında ancaq fəhlə ya da içtim işlərə cəlb etmək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*